Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Əhali istehlakçı qrupu ilə müqavilələrin imzalanması intensivləşdirilib
07 JANUARY 2024

"Azəristiliktəchizat" ASC istilik və isti su təchizatı xidmətlərindən istifadə edən əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanması prosesini davam etdirir.

Müqavilələrin imzalanması üçün istehlakçı zəruri sənədləri - mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surəti Cəmiyyətin əməkdaşlarına təqdim etməlidir.  Müvafiq sənədlər əsasında "Azəristiliktəchizat" ASC və istehlakçılar arasında bu günədək 20 mindən çox müqavilə imzalanıb. Abonentlərə müqavilənin mahiyyəti və zəruriliyi barədə ətraflı məlumat verilib, bütün binaların girişlərinə elanlar vurulub. Müqavilə bağlanılmadığı təqdirdə istilik və isti su təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları"nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir.

Əlavə məlumatlar üçün istehlakçılar "Azəristiliktəchizat" ASC-nin (012) 956 qısa nömrəli Qaynar Xətti ilə və Cəmiyyətin rəsmi internet səhifəsi (azeristilik.gov.az)  üzərindən əlaqə saxlaya bilərlər.