Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristliktəchizat” ASC-nin istilik təsərrüfatlarında 2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılmaq üzrədir
31 OCTOBER 2024

 “Azəristliktəchizat” ASC-nin istilik təsərrüfatlarında 2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılmaq üzrədir.

Təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 9224 metr məhəllədaxili və magistral istilik xətləri yenilənib,  müxtəlif diametrli 632 ədəd dirsək və 4460 metrdən çox qazan borusu dəyişdirilib, 1388 ədəd odluq, 435 dəst istilik mübadilə aparatları, habelə 100 ədəd qazan aqreqatı, 51 ədəd odluq istismara hazır vəziyyətə gətirilib.

Mühüm sahələrdən biri olan qaz təsərrüfatı üzrə yeraltı 58 km, yerüstü 73.6 km olmaqla ümumilikdə 131.6 km qaz xətlərinə texniki baxış keçirilib, qazanxanalarda 629 ədəd müxtəlif diametrli qaz kəsici klapanlar,  1905 ədəd qaz siyirtmələri təftiş olunub, 7 ədəd müxtəlif diametrli qaz kəsici klapanlar təmir edilib, 6 ədəd qaz kəsici klapan üçün metal qutu quraşdırılıb, 69 ədəd qaz siyirtməsi  təmir edilib.

2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində istismar müddəti başa çatmış qazanxanalarda aparılan modernizasiya işləri xüsusilə diqqət mərkəzindədir. Hazırda 4 qazanxanada avadanlıqların müasir standartlara uyğunlaşdırılması, enerji səmərəliliyinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yenidənqurma işləri görülür. 1 qazanxana isə zirzəmidən çıxarılaraq tikiniti norma  və qaydalarına uyğun olaraq yenidən quraşdırılır.

"Azəristiliktəchizat" ASC-nin texniki heyəti  tərəfindən Bakı şəhəri və regionlarda yaşayış binaları, orta məktəb, uşaq bağçası,  səhiyyə müəssisəsi və təsərrüfat obyektlərində monitorinqlər aparılıb və binadaxili mühəndis kommunikasiya  xətlərində xidmətin keyfiyyət parametrlərinə birbaşa təsir göstərən aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı  tədbirlərin görülməsi üçün balans saxlayıcıları məlumatlandırılıblar.

“Azəristiliktəchizat” ASC istehlakçıların rahatlığını təmin etmək və istilik enerjisi ilə bağlı hər hansı bir problemi operativ şəkildə həll etmək istiqamətində bütün resursları səfərbər edib və hazırlıq işlərinin uğurla başa çatdırılaraq istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi qarşıya qoyulan prioriret vəzifədir.