Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC qazanxanalarda modernizasiya işlərinə başlayıb
30 SEPTEMBER 2024

“Azəristiliktəchizat” ASC istismar müddəti başa çatmış qazanxanaların   yenidən qurulması işlərinə başlayıb.

İlkin mərhələdə 4 qazanxananın - Yasamal rayonunun Tağı Şahbazi küçəsində 141 saylı, Səbail rayonunun Badamdar qəsəbəsi, T.Məmmadov 8 küçəsində  505 saylı, Nizami rayonunun Ə.Vəlivev 3 küçəsində 537 saylı, Nərimanov rayonunun Kaveroçkin 34 küçəsində 72 saylı qazanxananın bərpası, o cümlədən, 1 qazanxananın Səbail rayonu, Azərbaycan prospekti 3 ünvanında qazanxananın zirzəmidən çıxarılaraq layihə əsasında yenidən qurulması nəzərdə tutulur.

Layihə çərçivəsində köhnə tipli qazanxanaların tam sökülməsi, istismar müddətini başa vuran avadanlıqların çıxarılması, habelə yeni qazanxana binasının inşası və müasir tipli avadanlıqlarla təchizatı işləri icra ediləcədir.

Yeni tikiləcək qazanxanalar ən müasir standartlara cavablar verəcək və enerji səmərəliliyinin artırılmasına, etibarlı və ekoloji cəhətdən təmiz enerjinin istehsalına, istehlakçıların keyfiyyətli istilik və isti su xidmətləri ilə təmin edilməsinə imkan verəcəkdir.

Artıq işlərin icrasına  başlanılmış və 2024-2025-ci illər istilik  mövsümündə istismara verilməsi nəzərdə tutulur.

Bu qazanxanalardan ümumilikdə 52 yaşayış binası, 2 392 mənzil, 4 məktəb, 1 uşaq bağçası və 26 digər sosial obyekt istiliklə təmin ediləcəkdir.