Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

"Azəristiliktəchizat" ASC PVC boru və fitinglərin satın alınmasına dair açıq tender elan edir
01.08.2023

Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsinə dair ELAN

"Azəristiliktəchizat" ASC  PVC boru və fitinglərin satın alınmasına dair açıq tender elan edir

Satınalan təşkilatın adı: "Azəristiliktəchizat" ASC

Satınalan təşkilatın VÖEN-i: 1700531291

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3 AZ1123

Müsabiqənin başlanma tarixi və vaxtı: 

01.08.2023 13:00 

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:

21.08.2023 14:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı:

29.08.2023 17:00

Zərflərin açılması tarixi və vaxtı:

30.08.2023 14:00

 

Müsabiqədə iştirak haqqı: 100 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

İcra ünvanı

Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3

İcra müddəti

30 dekabr 2023-cü il

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Köçürülmə yolu ilə

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

Tender təklifi:

Qiymət təklifi:

Tender təklifinin qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra azı 40 bank günü təşkil etməlidir

Tender təklifinin təminatının məbləği

Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir

Tender təklifinin təminatının qüvvədə olma müddəti

Tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır

Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı

Müqavilənin ümumi məbləği 100.000,00 (bir yüz min) ABŞ dollarının manat ekvivalentindən çox olarsa satınalma müqaviləsinin 2%-i miqdarında müqavilənin yerinə yetirilməsi təminatı təqdim edilməlidir və müqavilənin icrası zamanı qüvvədə olmalıdır.

 

Təşkilati və hüquqi sənədlər:

Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış

Elan tarixindən sonrakı tarixə vergi orqanının rəsmi blankında və ya elektron formada alınmış sənədin notarial qaydada təsdiq olunaraq PDF formatında portalda yerləşdirilməsi zəruridir (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir)

Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

Vergi orqanının rəsmi blankında və ya elektron formada alınmış sənədin notarial qaydada təsdiq olunaraq PDF formatında portalda yerləşdirilməsi zəruridir. (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir)

Maliyyə vəziyyəti haqqında bank arayışı

İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi haqqında arayış – müvafiq bank tərəfindən təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Nizamnamə

İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin notarial qaydada təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) surəti skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir

Qeydiyyatdan keçdiyi ölkə

reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) surəti skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir

Rekvizitlər

Bank rekvizitləri - Bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilməli və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış

Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış meyarı üzrə - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və cari tarixə qüvvədə olan arayış (sənədin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir)

Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması

Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması” meyarı üzrə - Notarial qaydada təsdiq edilmiş sənəd (“Yüklülüyün olmaması barədə” müvafiq vergi orqanından arayış (sənədin vergi orqanları tərəfindən təqdim edilmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) və s.) skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi” meyarı üzrə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və yaxud Asan Xidmət Mərkəzləri tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayış və yaxud Dövlət Vergi Xidmətinin İbtidai Araşdırmalar Baş İdarəsi tərəfindən verilən arayış olmalıdır. Sənədlərin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

İddiaçının rəhbərinin (direktorun) vəzifəyə təyin olunmasını təsdiq edən sənədin surəti

İddiaçının rəhbərinin (direktorun) vəzifəyə təyin olunmasını təsdiq edən sənədin surəti meyarı üzrə - sənədin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Baş təchizatçı kimi təqdim etdiyi analoji xüsusiyyətli, həcmli mallar, xidmətlər və davam etdirilən layihələr

Analoji sahələr üzrə fəaliyyətinin olması və yaxud davam etməsi vacib hesab edilir. Qiymətləndirmə üçün malgöndərən tərəfindən təqdim ediləcək ixtisas göstəriciləri ilə bağlı sənədlərin formalarına uyğun “İxtisas göstəriciləri” forması (tenderin əsas şərtlər toplusu: III Hissə: Bölmə – X. “analoji xüsusiyyətli, həcmli mallar və davam etdirilən layihələr” barədə məlumat) (“İxtisas göstəriciləri” forması iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir); Təqdim edilmədikdə kənarlaşdırılacaq

Texniki imkanlar və əsas vəsaitləri barədə məlumat

Bu meyar üzrə iddiaçının bütün texniki imkanları (avadanlıq, fəaliyyət sahəsi, iş yeri, istehsal sahəsi və s.) və əsas vəsaitləri (bu çeşiddə mallar üzrə müvafiq dövriyyəsi olmalıdır, aktivləri, müvafiq sahə üzrə mütəxəssislərin sayı (minimum 3 nəfər) və s.) təqdim edlməlidir. Qiymətləndirmə üçün malgöndərən tərəfindən təqdim ediləcək ixtisas göstəriciləri ilə bağlı sənədlərin formalarına dair “İxtisas göstəriciləri” forması (tenderin əsas şərtlər toplusu: III Hissə: Bölmə – 10: “Texniki imkanlar və əsas vəsaitləri” barədə məlumat) (“İxtisas göstəriciləri” forması iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir); Təqdim edilmədikdə kənarlaşdırılacaq

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün idarəetmə səriştəsinin, etibarlığının olması

Tövsiyə məktubları, referansları və s. skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Satın alınan malların uyğunluq sertifikatları və mallar daxili istehsal olduqda istifadə olunacaq xammalın mənşə sertifikatları, xarici istehsalçı vasitəsilə təqdim edildikdə müvafiq malların mənşə sertifikatları

Malların funksionallığı və orijinallığı əsas göstərici hesab edilir və iddiaçı tərəfindən qiymətləndirmə üçün nümunələr təqdim edilməlidir. Təqdim edilmədikdə kənarlaşdırılacaq. (Certificate of Origin) – Bu sənədlər “Güzəştli Düzəliş”in tətbiq edilməsi üçün əsas amil hesab edilir. (qalib iddiaçı ilə satınalma müqaviləsi bağlandıqdan sonra malların və xammalın mənşə sertifikatı mallar və xammallar istehsalçı ölkədən çıxandan sonra, uyğunluq sertifikatı isə mallar idxal olunduqdan sonra təqdim edilməlidir) – Sənədlər heç biri təqdim edilmədiyi halda mallar müqavilə bağlanılmazdan öncə nümunələrin təqdim edilməsi şərtilə (originallıq yoxlanılmaqla) qəbul edilə bilər;

Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması

Əmr və təsisçilərin yığıncağının qərarı və s. sənədlərin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir;

 

 

 Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

 

Nicat Nuraliyev

Satınalmalar üzrə mütəxəssis

info@azeristilik.gov.az

(+99477) 419-02-06