Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC-nin kollektivi 20 illik yubiley münasibətilə Fəxri Xiyabanı ziyarət edib
10 JUNE 2025

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasının 20-ci ildönümü münasibətilə Cəmiyyətin kollektivi Fəxri Xiyabana gələrək  Ümummilli Lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub və üzərinə tər çiçəklər düzülüb.

“Azəristiliktəchizat” ASC 2005-ci ildə “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 iyun 847 saylı sərəncamına əsasən yaradılmışdır.

Mövsüm ərzində Cəmiyyətin xidmət dairəsinə daxil olan 3863 yaşayış binası, 185 mindən çox mənzil, 280 orta məktəb, 159 uşaq bağçası, 147 səhiyyə müəssisəsi və 2630 yaxın sosial və təsərrüfat hesablı obyektlər  554 qazanxana və 89 istilik məntəqəsi istilik enerjisi ilə təmin edilir.