Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC əmək yarmarkasında xüsusi stendlə təmsil edilib
18 APRIL 2024

Azərbaycan Texniki Universitetində (AzTU) məşğulluğun artırılması, kadr potensialının gücləndirilməsi məqsədi ilə tələbə və məzunlar üçün əmək yarmarkası təşkil edilib. 95 dövlət və özəl müəssisənin iştirak etdiyi yarmarkada “Azəristiliktəchizat” ASC -nin xüsusi stendi quraşdırılıb.

Stendlə maraqlanan tələbə və məzunlara Cəmiyyətin fəaliyyətinin optimallaşdırılması istiqamətində həyata keçirilən kadr islahatları, məşğulluq sahəsində aparılan yeniliklər və karyera imkanları barədə məlumat verilib.

Əmək yarmarkasında “Azəristiliktəchizat” ASC-də işə qəbulla bağlı 64 nəfər müraciət edib.