Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

"Azəristiliktəchizat" ASC balansında olan qazanxananın qaz təchizatı üçün işçi layihə işlərinin satınalınmasına dair kotirovka sorğusu elan edir
27.05.2024

Elektron satınalma vasitəsilə kotirovka sorğusunun keçirilməsinə dair ELAN

"Azəristiliktəchizat" ASC  balansında olan qazanxananın qaz təchizatı üçün işçi layihə işlərinin satınalınmasına dair kotirovka sorğusu elan edir

Satınalan təşkilatın adı: "Azəristiliktəchizat" ASC

Satınalan təşkilatın VÖEN-i: 1700531291

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3 AZ1123

Müsabiqənin başlanma tarixi və vaxtı: 

23.05.2024

Təkliflərin son təqdim olunma tarixi və vaxtı:

10.06.2024

Zərflərin açılması tarixi və vaxtı:

10.06.2024

 Müsabiqədə iştirak haqqı: 10.00 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

İcra ünvanı

Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 17

İcra müddəti

il  ərzində.

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Köçürülmə yolu ilə

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

Tender təklifi:

Qiymət təklifi:

Təklifin qüvvədə olma müddəti:

Zərflərin açıldığı gündən sonra azı 40 bank günü təşkil etməlidir

 Təşkilati və hüquqi sənədlər:

Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması və son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının tətbiq edilməməsi

 

Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması

 

Müqavilənin icrası zamanı istifadə olunacaq əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması

 

Məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi

 

Son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimənin tətbiq edilməməsi

 

Təchizatçı qismində çıxış edən fiziki şəxsin, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinin müvafiq satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi

 

Təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 (beş) il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması

 

Xüsusi tələblər 

Satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması

 

Satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması

 

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

 

Daşqın Sadiqov

Satınalmalar üzrə mütəxəssis

info@azeristilik.gov.az

(+99450) 721-45-45