Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC AzMİU-nun VII Karyera Sərgisində iştirak edib
01 MAY 2026

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Karyera Həftəsi” çərçivəsində tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və universitet-sənaye əməkdaşlığının daha da gücləndirilməsi məqsədilə VII Karyera Sərgisi keçirilmişdir.

“Azəristiliktəchizat” ASC artıq ənənəvi xarakter alan sərgidə əvvəlki illərdə olduğu kimi bu ildə iştirak etmişdir. Cəmiyyətin nümayəndələri tələbə və məzunlara “Azəristiliktəchizat” ASC-nin fəaliyyət istiqamətləri, mövcud iş imkanları, karyera perspektivləri və müvafiq sahələr üzrə əməkdaşlıq imkanları barədə ətraflı məlumat vermişlər.