Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC-nin rəhbərliyi və mütəxəssisləri Xəzər İnşaat Həftəsində iştirak ediblər
16 OCTOBER 2026
Bakıda regionun inşaat sektorunun aparıcı sənaye platformalarından biri olan Xəzər İnşaat Həftəsi (Caspian Construction Week) davam edir. Həftə çərçivəsində tikinti, memarlıq, şəhərsalma, infrastrukturun inkişafı və müasir texnologiyalarla bağlı sərgilər, işgüzar görüşlər və müxtəlif peşəkar tədbirlər keçirilir.
Tədbirin ikinci günü çərçivəsində ikitərəfli biznes görüşləri (B2B/B2G), “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qarabağ Hakatonu 2026”, eləcə də bir sıra panel müzakirələri və tematik sessiyalar təşkil olunmuşdur. “Azəristiliktəchizat” ASC-nin rəhbərliyi və mütəxəssisləri sərgidə iştirak edib, ikitərəfli biznes görüşləri (B2B/B2G) çərçivəsində bir sıra təşkilatların nümayəndələri ilə işgüzar görüşlər keçirilib.