Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

"Azəristiliktəchizat" ASC kiçik və orta diametrli boruların və digər avadanlıqların (dirsək, siyirtmə), iri diametrli boruların və onların dirsəklərinin (D 630 9mm, D 720 9mm), müxtəlif şəbəkə nasoslarının satınalınmasına dair Təkliflər sorğusu elan edir
17.07.2023

Elektron satınalma vasitəsilə Təkliflər sorğusu keçirilməsinə dair ELAN

"Azəristiliktəchizat" ASC Kiçik və orta diametrli boruların və digər avadanlıqların (dirsək, siyirtmə), iri diametrli boruların və onların dirsəklərinin (D 630 9mm, D 720 9mm), müxtəlif şəbəkə nasoslarının satınalınmasına dair Təkliflər sorğusu elan edir

Satınalan təşkilatın adı: "Azəristiliktəchizat" ASC

Satınalan təşkilatın VÖEN-i: 1700531291

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3 AZ1123

Müsabiqənin başlanma tarixi və vaxtı: 

14.07.2023 09:30 

Təkliflərin son təqdim olunma tarixi və vaxtı:

28.07.2023 17:00

Zərflərin açılması tarixi və vaxtı:

31.07.2023 11:00

 

Müsabiqədə iştirak haqqı: - 0 AZN   (ödənişsiz)  

 

İcra ünvanı

Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3

İcra müddəti

Müqavilə bağlandəğı andan bir il müddətinə.

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Köçürülmə yolu ilə

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

Tender təklifi:

Qiymət təklifi:

Tender təklifinin qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra azı 40 bank günü təşkil etməlidir

Tender təklifinin təminatının məbləği

Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir

Tender təklifinin təminatının qüvvədə olma müddəti

Tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır

Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı

Müqavilənin ümumi məbləği 100.000,00 (bir yüz min) ABŞ dollarının manat ekvivalentindən çox olarsa satınalma müqaviləsinin 2%-i miqdarında müqavilənin yerinə yetirilməsi təminatı təqdim edilməlidir və müqavilənin icrası zamanı qüvvədə olmalıdır.

 

Təşkilati və hüquqi sənədlər:

Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış

Təsdiqedici sənədin əsli və ya elektron əldə olunduğu təqdirdə notarial qaydada təsdiq olunmuş sənəd təqdim edilməlidir

 

Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

maliyyə hesabatı vergi orqanları tərəfindən təsdiq edilməli və təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) maliyyə hesabatını müşayiət edən, vergi orqanları tərəfindən təsdiq edilmiş məktubun orijinal surəti çap edilərək təqdim edilməlidir

Maliyyə vəziyyəti haqqında bank arayışı

müvafiq bank tərəfindən təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) arayışın orijinalı təqdim edilməlidir

 

Nizamnamə

iddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, nizamnaməsinin notarial qaydada təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) surəti təqdim edilməlidir.

 

 

Qeydiyyatdan keçdiyi ölkə

iddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, nizamnaməsinin notarial qaydada təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) surəti təqdim edilməlidir.

 

 

Rekvizitlər

Bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilməli və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanmalı, möhürlənməli və surəti təqdim edilməlidir;

 

Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və cari tarixə qüvvədə olan arayış (sənədin orijinalı çap edilərək təqdim edilməlidir)

İddiaçının rəhbərinin (direktorun) vəzifəyə təyin olunmasını təsdiq edən sənədin surəti

sənədin surəti təqdim edilməlidir

Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması

Əmr və təsisçilərin yığıncağının qərarı və s. sənədlərin orijinalı çap edilərək təqdim edilməlidir

Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması

Notarial qaydada təsdiq edilmiş sənəd (“Yüklülüyün olmaması barədə” müvafiq vergi orqanından arayış (sənədin vergi orqanları tərəfindən təqdim edilmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) və s.) surəti təqdim edilməlidir;

 

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və yaxud Asan Xidmət Mərkəzləri tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayış və yaxud Dövlət Vergi Xidmətinin İbtidai Araşdırmalar Baş İdarəsi tərəfindən verilən arayış olmalıdır. Sənədlərin orijinalı çap edilərək təqdim edilməlidir;

 

Satın alınan malların uyğunluq sertifikatları və mallar daxili istehsal olduqda istifadə olunacaq xammalın mənşə sertifikatları, xarici istehsalçı vasitəsilə təqdim edildikdə müvafiq malların mənşə sertifikatları

Təqdim edilmədikdə kənarlaşdırılacaq. (Certificate of Origin) – Bu sənədlər “Güzəştli Düzəliş”in tətbiq edilməsi üçün əsas amil hesab edilir. (qalib iddiaçı ilə satınalma müqaviləsi bağlandıqdan sonra malların və xammalın mənşə sertifikatı mallar və xammallar istehsalçı ölkədən çıxandan sonra, uyğunluq sertifikatı isə mallar idxal olunduqdan sonra təqdim edilməlidir) – Sənədlər heç biri təqdim edilmədiyi halda mallar müqavilə bağlanılmazdan öncə nümunələrin təqdim edilməsi şərtilə (originallıq yoxlanılmaqla) qəbul edilə bilər

Baş təchizatçı kimi təqdim etdiyi analoji xüsusiyyətli, həcmli mallar, xidmətlər və davam etdirilən layihələr

Tikişli və tikişsiz polad boru malların satınalması üzrə minimum 3 milyon manatdan yuxarı yerinə yetirilmiş müqavilə və təhvil təslim aktları (müqavilələr, təhvil təslim aktları) təqdim etməlidir. Analoji sahələr üzrə fəaliyyətinin olması və yaxud davam etməsi vacib hesab edilir. Qiymətləndirmə üçün malgöndərən tərəfindən təqdim ediləcək ixtisas göstəriciləri ilə bağlı sənədlərin formalarına uyğun “İxtisas göstəriciləri” forması (tenderin əsas şərtlər toplusu: III Hissə: Bölmə – X. “analoji xüsusiyyətli, həcmli mallar və davam etdirilən layihələr” barədə məlumat) (“İxtisas göstəriciləri” forması iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və təqdim edilməlidir); Təqdim edilmədikdə kənarlaşdırılacaq

Texniki imkanlar və əsas vəsaitləri barədə məlumat

Bu meyar üzrə iddiaçının bütün texniki imkanları (avadanlıq, fəaliyyət sahəsi, iş yeri, istehsal sahəsi və s.) və əsas vəsaitləri, boru məhsulları üzrə anbar qalığı (bu çeşiddə mallar üzrə müvafiq dövriyyəsi olmalıdır, aktivləri, metal üzrə mütəxəssislərin sayı (minimum 3 nəfər) və s.) təqdim edilməlidir. Qiymətləndirmə üçün malgöndərən tərəfindən təqdim ediləcək istisas göstəriciləri ilə bağlı sənədlərin formalarına dair “İxtisas göstəriciləri” forması (tenderin əsas şərtlər toplusu: III Hissə: Bölmə – 10: “Texniki imkanlar və əsas vəsaitləri” barədə məlumat) (“İxtisas göstəriciləri” forması iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və təqdim edilməlidir); Təqdim edilmədikdə

 Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

 

Nicat Nuraliyev

Satınalmalar üzrə mütəxəssis

info@azeristilik.gov.az

(+99477) 419-02-06