Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC-də növbəti payız-qış mövsümünə hazırlıq işlərinin icra vəziyyətinə dair regionlarda fəaliyyət göstərən istilik sistemləri istismar sahələrinin hesabatları dinlənilib
05 JUNE 2026

Növbəti payış-qış mövsümünə hazırlıqla  bağlı təsdiq edilmiş tədbirlər planının icra  vəziyyətinə dair “Azəristiliktəchizat” ASC-nin regionlarda fəaliyyət göstərən istilik sistemləri istismar sahələrinin hesabatları dinlənilmişdir.

 “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev təsdiq edilmiş tədbirlər planının vaxtında və yüksək keyfiyyətlə icra edilməsinin zəruriliyini qeyd edərək, qarşıya qoyulmuş vəzifələrin müəyyən olunmuş qrafikə uyğun yerinə yetirilməsinin növbəti payız-qış mövsümündə istehlakçıların dayanıqlı və fasiləsiz istilik təchizatı ilə təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. O, regionlarda fəaliyyət göstərən istilik sistemləri istismar sahələrinin rəhbərlərinə təmir-bərpa və profilaktik tədbirlərin icrasına ciddi nəzarət etməyi, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılmasını və hazırlıq işlərinin müəyyən edilmiş müddətlərdə başa çatdırılmasına dair müvafiq tapşırıqlar vermişdir.

Müşavirədə son vaxtlar istilik təchizatı sahəsində normativ hüquqi bazanın yardılması və təkmilləşdirilməsi ilə bağlı qəbul edilən qərarlar haqqında məlumat verilmiş, “İstilik təchizatı haqqında Azərbaycan Respublikasınının  Qanunu”nun, “İstilik enerjisindən  istifadə Qaydaları”nın,  ““İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in,  “Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”ın və  “İstilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın təsdiq edilməsinin əhəmiyyəti qeyd edilmişdir.

Ümumilikdə regionlarda istilik sistemləri istismar sahələrinin fəaliyyəti məqbul qiymətləndirilmiş, bununla bərabər  Bərdə, Mingəçevir, Ağcabədi və  Tərtər istilik sistemləri istismar sahələrinin rəhbərlərinə rəhbərlik etdikləri sahənin fəaliyyətində ciddi dönüş yaradılması və  verilən  tapşırıqların  icrasının təmin edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.