Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC binadaxili və mənzildaxili istilik sistemlərinin təmir və bərpa xidmətlərini təklif edir
12 JULY 2023

“Azəristiliktəchizat” ASC istilik təchizatı sahəsində çoxillik təcrübəsinə və peşəkar heyətinə əsaslanaraq  yaşayış binaları və sosial obyektlərdə binadaxili və mənzildaxili istilik sistemlərinin kommersiya şərtləri əsasında təmir və bərpa xidmətlərini təklif edir.

Komandamız tərəfindən binadaxili istilik sistemlərinin (qızdırıcı cihazlar, siyirtmələr, istilik boruları və.s) təftişi, cari və ya əsaslı təmiri və  yenidən qurulması, texnoloji ardıcıllığa əməl olunmasının yoxlanılması və mənzilin mövcud vəziyyətdə istiliklə təmin edilməyən digər  sahələrin də isidilməsi üçün texniki həll yollarını müəyyən edilərək tövsiyyələrin verilməsini həyata keçirilməkdədir.

 Mənzildaxili istilik sistemlərinin,  həmçinin yaşayış binalarında aşağı paylama  istilik sistemlərinin təmiri, bərpası və dəyişdirilməsini peşəkar mütəxəsisslərimizə həvalə edə bilərsiniz.  İş və xidmətlər üçün qiymət xərclərin smetası və tərəflər arasında qarşılıqlı razılaşma əsasında müəyyən olunur. Müraciətlərə əsasən aidiyyatı İstilik Sistemləri İstismar Sahəsinin əməkdaşları obyektlərə baxış keçirərək, istilik mənbəyi, məhəllədaxili istilik xətləri və binadaxili istilik sistemləri haqqqında ilkin qiymətləndirmə hesabatını hazırlayır, smeta xərclərini planlayır və tələb olunan mal-materialların siyahısının müəyyən edilməsində müştəriyə dəstək göstərir.

Məlumat üçün bildiririk ki, mövcud qanunvericilik və normativ hüquqi aktlara əsasən (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi) binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanması, təmiri və bərpası balans saxlayıcıları və ya mənzil mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir.