Abonentlərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədilə həftəsonu Çağrı Mərkəzinin işində müvəqqəti fasilə yaranacaq
12 JANUARY 2024
2024-cü ilin 13 və 14 yanvar tarixlərində abonentlərə göstərilən xidmət keyfiyyətinin artırılıması məqsədilə aparılacaq texniki təkmilləşdirmə və profilaktika işləri ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin 956 Çağrı Mərkəzinin və istilik haqlarının ödəniş sistemlərində müvəqqəti fasilə yaranacaqdır.
Bununla əlaqədar abonentlər üzləşdikləri çətinliklərlə bağlı Cəmiyyətin rəsmi internet səhifəsi azeristilik.gov.az-a, info@azeristilik.gov.az elektron ünvanına, “Azəristiliktəchizat” ASC-nin rəsmi sosial media hesablarına müraciət edə bilərlər.
Digər