““Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq.”
İlham Əliyev
Maraqlı məlumatlar

1876-cı il – Dünyada ilk mərkəzləşdirilmiş istilik təchizatı sistemi yaradılmışdır. Lokport (Lockport), Nyu-York, ABŞ.

1893-cü il – Avropada ilk ictimai İstilik Elektrik Mərkəzi yaradılmışdır. Poststrassda (Postsrasse), Hamburq, Almaniya.

1900-cü il – Avropada ilk mərkəzləşdirilmiş istilik təchizatı sistemi işə salınmışdır. Drezden, Almaniya

1924-cü il – Sovet İttifaqında ilk mərkəzləşdirilmiş istilik təchizatı sistemi işə düşmüşdür. Leninqrad (indiki Sank-Peterburq)

1902-ci il – Bakıda  Ağ şəhər elektrik stansiyası istifadəyə verilib

1941-ci il – Sumqayıt 1 nömrəli İstilik Elektrik Mərkəzi işə salınıb

1950-ci il -  Bakı şəhərində "Qərmızı Ulduz" elektrik stansiyasında elektrik enerjisi ilə bərabər istilik enerjisi istehsalına başlanılmışdır.

1953-cü il – Bakı 2 nömrəli İstilik Elektrik Mərkəzi işə salınıb

1964-cü il – Gəncə İstilik Elektrik Mərkəzinin ilk turbogeneratoru işə salınıb

1965-ci il – Bakıda gücü 50 Qkal/saatdan yuxarı olan ilk Rayon İstilik Qazanxanası işə salınıb

1966-cı il - Sumqayıt 2 nömrəli İstilik Elektrik Mərkəzi işə salınıb

1981-ci il – Moskva şəhərində mənzillərin 99%-i mərkəzləşdirilmiş istilik təchizatı sistemləri vasitəsi ilə təmin edilir – bu dünya rekordudur.

1992-ci il – Danimarkada bərpa olunan enerji mənbələri ilə işləyən 100 İstilik Elektrik Stansiyası istismar edilir. (60-ı küləş, samanla işləyən, 40-ı odun yanacağı (odun briketləri) ilə işləyən)