““Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq.”
İlham Əliyev
“Azəristiliktəchizat”ASC-nin əməkdaşlarına ölkə başçısının mükafatları təqdim edilib

 

İyulun 3-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində ölkə Prezidenti İlham Əliyev cənablarının 2012-ci il aprel ayının 10-da “İnşaatçılar Günü” münasibətilə imzaladığı Sərəncamla fəxri ad və mükafatlara layiq görülmüş inşaatçıların qəbulu keçirilib. 

Tədbirdə Azəristiliktəchizat” ASC-nin müvafiq sərəncamla mükafatlandırılmış nümayəndələri – Yaşar Həsənov, Bayram Əzizov  və Əhməd Süleymanov da iştirak ediblər. Prezident Sərəncamına uyğun olaraq Cəmiyyətin sədri Yaşar Həsənova “Əməkdar mühəndis” fəxri adının medalı və vəsiqəsi, qaynaqçı Bayram Əzizova və avtokran sürücüsü Əhməd Süleymanova isə, “Tərəqqi” medalı və vəsiqəsi təqdim edilib. 

İyulun 4-də Cəmiyyətin işçi kollektivi bu əlamətdar hadisə münasibətilə təşkil edilən tədbirdə öz həmkarlarını təbrik ediblər.