““Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq.”
İlham Əliyev
Hörmətli ziyarətçilər

 

 

Hörmətli ziyarətçilər!

 

 

 

“Azəristiliktəchizat” ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır və əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.

 

Siz saytın müvafiq bölmələrinə daxil olmaqla mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin inkişaf tarixi və “Azəristiliktəchizat” ASC haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

 

Bundan əlavə saytda istilik təchizatı sahəsində müvafiq qanunvericilik aktları və  “Azəristiliktəchizat” ASC-nin yarandığı tarixdən görülmüş işlər haqqında da geniş məlumatlar yerləşdirilmişdir.

 

Əlaqə bölməsinə daxil olmaqla yaşadığınız ərazi üzrə müvafiq xidmət sahəsini müəyyən edərək Sizi maraqlandıran suallarla birbaşa rayon İstilik Sistemləri İstismar Sahələrinin rəhbərlərinə müraciət edə bilərsiniz.

 

Məktub yazmaq bölməsinə daxil olmaqla Sizi narahat edən məsələlər, suallar, həmçinin istilik təchizatı və sayt haqqında rəy və təkliflərinizi bizə göndərə bilərsiniz. Hər bir müraciətə Cəmiyyətin rəhbərliyi və mütəxəssisləri tərəfindən operativ şəkildə baxılaraq müvafiq qaydada cavablandırılacaqdır.

 

Saytımıza daxil olduğunuz üçün təşəkkür edirik.