““Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq.”
İlham Əliyev
İsti su xidmətləri üzrə yeni tariflər müəyyən edilmişdir

             Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 467 nömrəli qərarına əsasən  01 yanvar 2017-ci il tarixdən isti su təchizatı xidmətlərinin qiymətləri (tarifləri) dövlət  tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılmışdır.

            Mövcud iqtisadi şəraitdə Cəmiyyətin özünümaliyyəlşdirmə prinsipləri əsasında fəaliyyətinin zəruriliyi, göstərilən xidmətin maya dəyəri və keyfiyyəti, istehlakçıların alıcılıq qabiliyyəti, həmçinin eyni xüsusiyyətli xidmətlərlə (kombi, elektrik su qızdırıcıları və s) əvəz olunma imkanının mövcudluğunu nəzərə alaraq 01  aprel 2017-ci il tarixdən “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən isti su xidmətlərinin tarifləri 1 kub metr isti su üçün əhali istehlakçıları üzrə 1,92 manat, qeyri əhali istehlakçıları üzrə 3,10 manat müəyyən edilmişdir.

            Əhali istehlakçı qrupu üzrə təklif edilən tariflər Cəmiyyətin rentabelli fəaliyyətini təmin edəcək səviyyədə olmasa da, əvvəlki tariflərlə müqayisədə (əvvəlki tarif 1 kub metr üçün 0,40 manat) gəlirləri müəyyən qədər artırmaqla xidmətin davamlılığının və keyfiyyətinin artırılması ilə bağlı bir sıra zəruri işlərin görülməsinə imkan  yaradacaq, digər tərəfdən isti su istehsalına sərf edilən qaz, su və elektrik enerjisinin dəyərini ödəmək mümkün olacaqdır.