““Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq.”
İlham Əliyev
Enerjiresurslarından səmərəli istifadə olunması və enerjiyə qənaət proqramlarının icrasına həsr olunmuş seminar keçirilmişdir

 

        “Azəristiliktəchizat” ASC-də enerjiresurslarından səmərəli istifadə olunması və enerjiyə qənaət proqramlarının icrası çərçivəsində seminar keçirilmişdir.

         Seminarda enerjiyə qənaət tədbirlərinin icrası, əldə edilən nəticələr, müasir texnoloji avadanlıqların tətbiqi və digər məsələlər müzakirə edilmiışdir.

         Seminarda Rusiya Federasiyası “Teplokom”  şirkətinin mütəxəssisləri də iştirak etmiş və “Enerji resurslarının uçotu”, “Fərdi istilik məntəqələri”, “Pilot layihənin həyata keçirilməsi üçün potensial imkanlar” mövzusunda geniş təqdimatla çıxış etmişlər.

         “Teplokom” şirkətinin Baş direktoru A.V. Malyutinlə keçirilən görüşdə birgə əməkdaşlıq və  şirkətin istehsal etdiyi istilik avadanlıqlarından Azərbaycanın istilik təchizatı sistemlərində istifadə imkanları müzakirə edilmişdir.