Şuşada məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və xalqımızın qəti iradəsi sayəsində 28 il davam edən işğala son qoyulub. Müharibə başa çatdıqdan dərhal sonra o cümlədən Şuşa şəhərində yenidənqurma işlərinə başlanılıb.

Onun sözlərinə görə, müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, bunun sayəsində şəhərə elektrik enerjisi verilib. Həmçinin şəhərdə 7 qazanxana tikilərək istiliklə təmin edilib.