Gəncə şəhərində vətəndaşların qəbulu keçiriləcək.

2022-ci ilin iyun ayının 23-də saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev tərəfindən Gəncə şəhərində Gəncə, Goranboy, Samux, Kəlbəcər şəhərlərinin sakinləri üçün vətəndaş qəbulu keçiriləcək. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir.

Qəbul Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 535, Heydər Əliyev Mərkəzi ünvanında keçiriləcəkdir.

 

Məlumat və əlaqə üçün:

(+994 77) 418 02 84

(+994 77) 418 00 18

(+994 77) 419 02 23

E-mail: info@azeristilik.gov.az