“Azəristiliktəchizat” ASC-nin əməkdaşları Enerji Sərgisində iştirak ediblər.

1-3 iyun tarixlərində “Baku Expo Center”-də təşkil olunan 4 beynəlxalq sərgidə ümumilikdə 31 ölkədən 250 şirkət təmsil olunur. Yerli və xarici şirkətlərin iştirak etdiyi bu mühüm platformada texnoloji yeniliklər, ən yeni məhsullar təqdim olunub. İnnovativ texnologiyaların nümayiş olunduğu sərgilərdə “Azəristiliktəchizat” ASC-nin əməkdaşları da iştirak ediblər və yeni texnologiyanın işdə tətbiqi baxımından aparıcı şirkətlərin təmsilçiləri ilə fikir mübadiləsi aparıblar.