“Azəristiliktəchizat” ASC-də İctimaiyyətlə əlaqələr üzrə xidmətə rəhbərlik edilməsi tanınmış jurnalist Elvin Basqallıya həvalə edilib.
Bu gün Elvin Basqallı “Azəristiliktəchizat” ASC-nin kollektivinə təqdim edilmişdir. Görüşdə Cəmiyyətin qarşısında duran vəzifələr və bununla bağlı görülən işlərə dair ictimaiyyətə operativ və geniş məlumatların verilməsinin zəruriliyi, KİV nümayəndələri ilə mütəmadi görüşlərin keçirilməsi və "Azəristiliktəchizat" ASC-nin fəaliyyəti ilə bağlı digər məsələlər geniş müzakirə edilmişdir.
Elvin Basqallı göstərilən etimada görə təşəkkür etmiş və bu vəzifələrin icrası ilə bağlı səylərini əsirgəməyəcəyini bildirmişdir.