2022-ci ilin may ayının 19-də saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev tərəfindən Qazax şəhərində Qazax, Ağstafa və Tovuz şəhərlərinin sakinləri üçün vətəndaş qəbulu keçiriləcək. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir.
Qəbul Qazax şəhəri, Heydər Əliyev parkı, Gənclər Evi ünvanında keçiriləcəkdir.