“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev 11 mart 2022-ci il tarixdə saat 12:00-da Mingəçevir şəhərində Heydər Əliyev Mərkəzinin binasında Mərkəzi İcra Orqanlarının vətəndaşların qəbulu qrafikinə uyğun olaraq vətəndaşların qəbulunu keçirib. Qəbulda Mİngəçevir şəhər və Yevlax rayon sakinlərinin cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətləri cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.