Sakinlərin nəzərinə!

Xətai rayonu Mirzə Davud qəsəbəsində Bakı İstilik Elektrik Mərkəzindən gələn diametri 720 mm-lik magistral istilik kəmərlərində baş vermiş qəza ilə əlaqədar  Əhmədli qəsəbəsinin bir hissəsindəki yaşayış binalarının istilik təchizatında fasilə yaranmışdır. “Azəristiliktəchizat” ASC tərəfindən gecə saatlarından etibarən qəzanın aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Yaranmış narahatlıqla əlaqədar olaraq abonentlərdən üzr istəyir və qısa müddət ərzində istilik təchizatının bərpa olunması ilə bağlı bütün qüvvələrin səfərbər olduğunu bildiririk.