Namizədə tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Öz işində yeniliklər tətbiq etmək bacarığı;
- Müvafiq xarici dil bilgiləri arzu olunandır;
- Məntiqi cəhətdən yoxlanılmış və anlaşılan sənədləri yazma bacarığı;
- İşə məsuliyyətli yanaşma, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
- Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə.
İş barədə məlumat:
- İstilik sisteminin texniki və perspektiv inkişaf məsələləri haqqında materialların işlənib hazırlanmasını təmin etmək;
- İstilik enerjisi obyektlərinin istismarı və təmirinə aid məsələlərin yerinə yetirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək;
- İstilik yükünü hesablamaq, onun sərfini müəyyənləşdirmək, optimal rejim və hidravlikanı təmin etmək;
- İstilik mövsümünə hazırlıqla bağlı tələb olunan təmir işlərinə dair tədbirlər planı işləyib təqdim etmək;
- Əsaslı və cari təmirin qeydiyyatını aparmaq;
- Qazanların və daşınmaz əmlakın texniki xarakteristikasının tərtib olunmasına, pasportlaşmasının yerinə yetirilməsinə nəzarət etmək;
- İstilik təchizatı obyektlərinin rekonstruksiyası və modernləşdirilməsinə dair tədbirlər hazırlamaq;
- İstilik təchizatı üzrə suallara aid materiallar işləyib hazırlamaq;
- Mövcud istilik sistemi sxeminin tərtib olunmasına və sahənin bu sxemə uyğun inkşafına nəzarət etmək;
- Qazanxana və istilik məntəqələrində istilik daşıyıcılarının parametrlərini internet vasitəsi ilə onlayn şəkildə izləyərək daim nəzarətdə saxlamaq, rəhbərliyə parametrlər haqqında məlumat vermək və lazımı dəyişikliklər etmək.
İşə qəbul müsabiqə əsasında aparılacaqdır.
Daha ətraflı məlumatı "Azəristiliktəchizat" ASC-yə müraciət edərək əldə edə bilərsiniz. Maraqlanan namizədlərdən CV-lərini info@azeristilik.gov.az elektron ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 01.04.2022