"Azəristiliktəchizat" ASC İT Mühəndis vəzifəsi üzrə işə dəvət edir.
Namizədə tələblər:
- Ali təhsil, texniki sahədə arzuolunandır
- İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər
- Öz işində yeniliklər tətbiq etmək bacarığı
- Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
- Məntiqi cəhətdən yoxlanılmış və anlaşılan sənədləri yazma bacarığı
- İT sahəsində biznes analitiki kimi inkişaf etmə istəyi
- Müvafiq xarici dil bilgilərinə malik olma
- İşə məsuliyyətli yanaşma, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı
|
İş barədə məlumat:
- Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
- İstifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli;
- Windows 8, Windows 10, 2008, 2012, 2016 server, serverlərin qurulması,
- Müştərilər və şirkətin digər əməkdaşları arasında kommunikasiya yaratmaq, mövcud problem və işlərin aidiyyatı üzrə ötürülməsini təmin etmək
- Noutbuk, skanerlər, printerlər, rabitə qurğuları, o cümlədən sistemləri texniki dəstəklə təmin etmək
- Korporativ proqram təminatlarında yaranan problemləri həll etmək, mümkün olmadıqda isə aidiyyatı şöbəyə yönləndirmək
- Şirkətin İT siyasət, prosedur, qayda və standartlarına müvafiq olaraq İT avadanlıqlarında çıxan nasazlıqları aradan qaldırmaq, mümkün olarsa sıradan çıxmış avadanlıqların detallarını dəyişməklə işləkliyini təmin etmək və ya prosedurlara müvafiq olaraq təmirə göndərmək
- Kompüterlərin və printerlərin mütəmadi diaqnostikasını aparmaq.
- Cari tənzimləmələrin, standart operativ prosedurların, qabaqcıl təcrübələrin və tətbiq olunan yeniliklərin axışlarının qeydiyyatını aparmaq
- Korporativ prosedurlarımız çərçivəsində rəhbərləri tərəfindən verilən digər yazılı və şifahi tapşırıqları icra etmək
|
İşə qəbul müsabiqə əsasında aparılacaqdır.
Daha ətraflı məlumatı "Azəristiliktəchizat" ASC-yə müraciət edərək əldə edə bilərsiniz. Maraqlanan namizədlərdən CV-lərini info@azeristilik.gov.az elektron ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 01.04.2022