“Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik və isti su təchizatı xidmətlərinə görə yaranmış aylıq borclarla bağlı bildirişlərin SMS vasitəsilə məlumatlandırılması xidmətlərin qeydiyyatına başlanılmışdır. Eyni zamanda qəza və təmir işləri ilə əlaqədar olaraq istilik və isti su xidmətlərində yaranacaq məhdudiyyətlər haqqında xəbərdarlığın SMS vasitəsilə qisa mesaj şəkilində göndərilməsi həyata keçiriləcəkdir. SMS xidmətə qoşulma üçün Abonentlərdən məlumatların (abonent kodu,adı, soyadı, ünvanı və əlaqə telefonu) “Azəristiliktəchizat” ASC-nin 956 - "Çağrı mərkəzin"nə zəng edərək bildirilməsi və ya info@azeristilik.gov.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.