Ümumi məlumat

"Azəristiliktəchizat" ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında ” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və vəzifəsi Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir. "Azəristiliktəchizat" ASC-nin strukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 511 nömrəli 27 noyabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir və mərkəzi idarəetmə aparatı, 11 xidmət təsərrüfatı, 2 Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı şəhəri üzrə 22 İstilik Sistemləri İstismar Sahəsindən, 51 vahid regional İstilik Sistemləri İstismar Sahəsindən, gücü 807 Qkal/saat olan 5 Rayon istilik qazanxanası, gücü 1501,2 Qkal/saat olan 530 məhəllədaxili istilik qazanxanası, 94 istilik məntəqəsi, 870 km-ə yaxın istismar edilən magistral və məhəlli istilik xətti, 2 yüksəldici nasos stansiyası, maşın parkı və digər mühəndis istilik kommunikasiyalarından ibarətdir. Cəmiyyətin tərkibində xüsusiləşdirilmiş elektrik təsərrüfatı, nəzarət ölçü cihazları və avtomatika, qəza təmir, istilik mübadilə və su hazırlığı, qaz təsərrüfatı, nəqliyyat xidmətləri və mexaniki təmir sexi fəaliyyət göstərir. Cəmiyyətin Yasamal və Xətai rayonları ərazisində texniki bazaları mövcuddur, baş ofisi Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 ünvanda yerləşir. Mərkəzi Dispetçer xidməti və “Çağrı mərkəzi” fasiləsiz fəaliyyətdədir. Hazırda Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir. 31 dekabr 2018-ci il tarixə işçilərin siyahı sayı 2773 nəfər, o cümlədən daimi işçilər 1563 nəfər, mövsümü işçilər 1210 nəfər təşkil edir.