Sahə ustalarının nəzəri praktiki kursu üzrə növbəti təlimlər yekunlaşdırılmışdır.

Kadrların bilik və bacarıqlarının artırılması və təkmilləşdirilməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC “İxtisasartırma və Kadrların Yenidən Hazırlanması Tədris Mərkəzi” MMC-də tədris proqramına uyğun olaraq  sahə ustalarının nəzəri praktiki kursu üzrə növbəti təlimlər yekunlaşdırılmışdır. Təlimlərdə Cəmiyyətin müvafiq istilik sistemləri istismar sahələrinin 30-dək sahə ustaları iştirak etmişdir.

İştirakçılar təlim müddətində qazanxana avadanlıqları, qazan qurğuları, su yumşaldıcı qurğular, nəzarət ölçü cihazları, istilik sistemlərinin çəkiliş qaydaları, Təhlükəsizlik Texnikası Qaydaları, Yanğından Mühafizə Qaydaları və yeni müasir avadanlıqların istismarı, iş prinsipi və mobil idarə edilməsi biliklərinə yiyələnmiş, bilik səviyyəsi imtahan qiymətləndirilməsi ilə həyata keçirilmişdir.