Texnoloji rejim parametrlərinə məsafədən nəzarət cihazlarının quraşdırılmasına başlanılmışdır.

            Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planına uyğun olaraq  "Azəristiliktəchizat" ASC-ə məxsus qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə məsafədən nəzarət cihazlarının quraşdırılmasına başlanılmışdır.  

            Bu sistemin yaradılması Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən istilik mənbələrində texnoloji rejimə nəzarət etməyə və müəyyən edilmiş parametrlərdən kənarlaşma hallarının dərhal aşkar edilərək aradan qaldırılmasına, rejim parametrlərinin optimallaşdırılması və son nəticədə yanacaq-enerji resurslarına qənaət etməyə imkan verir.

            Hazırda  Cəmiyyətə məxsus 157 qazanxanada və 66 istilik məntəqəsində texnoloji rejim parametrlərinə məsafədən nəzarət sisteminin quraşdırılması işləri başa çatdırılmış,  növbəti mövsümlər ərzində digər qazanxana və istilik məntəqələrində də quraşdırılması işlərinin davam etdirilməsi nəzərdə tutulur.

.