Türkiyənin "ağıllı sayğac" istehsalçısı "EUROMET" şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.

Türkiyənin  "ağıllı sayğac" istehsalı üzrə ixtisaslaşmış  "EUROMET"  şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.

            Görüşdə istilik və isti sudan səmərəli istifadə edilməsi, onların sərfiyyatının tənzimlənməsi və fərdi uçotunun dəqiq aparılması məqsədilə yaşayış binaları   və sosial obyektlərdə istilik və isti su sayğaclarının quraşdırılmasının zəruriliyi və istifadə olunacaq sayğacların dövlət standartlarına uyğun dövrü olaraq yoxlamadan keçirilməsi məqsədi ilə  sınaq və kalibrləşmə laboratoriya avadanlıqlarının  quraşdırılması ilə bağlı məsələlər müzakirə olunmuşdur.

               "EUROMET"  şirkətinin nümayəndəsi Recai Coşkun təmsil etdiyi şirkətin fəaliyyəti və həmçinin Azərbaycan Milli Markasının yardılması məqsədi ilə keçirilən müzakirə və görüşlərlə bağlı ətraflı məlumat vermişdir.

               "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planınında  istilik sayğaclarının tətbiq edilməsi imkanlarının təhlili və müvafiq təkliflərin hazırlanaraq təqdim edilməsi ilə bağlı tədbirlərin nəzərdə tutulduğunu qeyd edərək, hazırda bu istiqamətdə görülən işlər haqqında məlumat vermişdir.

               Görüşün sonunda müzakirələrin davam etdirilməsi, konkret təkliflərin hazırlanaraq  müvafiq qiymətləndirmələrin aparılması və  istilik təchizatı sahəsində sayğaclaşma ilə bağlı birgə "Pilot layihə"nin həyata keçirilməsi qərara alınmışdır.