I rübün yekunlarına dair istehsal-təsərrüfat fəaliyyətinin nəticələri müzakirə olunmuşdur

            "Azəristiliktəchizat" ASC istilik təsərrüfatlarının 2019-cu il I rübün yekunlarına dair istehsal-təsərrüfat fəaliyyətinin nəticələri müzakirə olunmuşdur.

            Qeyd edilmişdir ki, "Azəristiliktəchizat" ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında 550 qazanxana və 90 istilik məntəqəsi istismar edilməklə 3800 yaşayış binası və ya 175,0 mindən artıq mənzil, 291 məktəb,  150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər təşkilat və 1188 təsərrüfat subyektləri istiliklə, 16317 mənzil və ya 59515 nəfər mərkəzləşdirilmiş isti su ilə  təmin edilir.

            Hesabat dövründə 920748 Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35595 Qkal və ya 4,5% çoxdur. Topdansatış qaydası ilə "Azərenerji" ASC-nin İstilik Elektrik Mərkəzindən 89761Qkal istilik alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqyisədə 3610 Qkal və ya 8,1% çoxdur. İstilik itgiləri əvvəlki ilin müvafiq dövrü il müqayisədə 0,4% azalaraq 12,1% olmuşdur.

            I rübün yekunlarına görə  1 Qkal istilik enerjisinin istehsalına sərf edilən qazın sərfi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 m3/Qkal, elektrik enerjisinin xüsusi sərfi 0,4 kvts.Qkal azalmışdır.

Hazırda milli layihələrdə, dövlət proqramları, strategiyalar və fəaliyyət planlarında, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, həmçinin  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında istilik təchizatı sistemlərinin bərpası və yaxşılaşdırılması ilə bağlı “Azəristiliktəchizat” ASC-nin fəaliyyət dairəsinə aid müəyyən edilmiş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün işlər davam etdirilir və  bütün zəruri tədbirlər  görülməkdədir.