XƏBƏRLƏR

Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupun görüşü

2019-11-14 17:17

Ölkədə istilik təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatını etibarlı şəkildə təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. Görüşdə Energetika Nazirinin müavini Samir Vəliyev, Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri Samir Akhundov, “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev, Almaniyanın VPC şirkətinin nümayəndələri iştirak ediblər. Görüş çərçivəsində “Azəristiliktəchizat” ASC-nin Kompleks diaqnostika və tövsiyələrə dair aralıq hesabatı təqdim olunub. Təqdimatda istilik təchizat sisteminin vəziyyəti, əsas fəaliyyət göstəriciləri, itkilərin təhlili, istilik enerjisinin uçotu, AİT istilik enerjisi xərcləri, ətraf mühitə təsir, tariflərin təhlili, istilik təchizatı üçün bərpa olunan enerji, diaqnostika - enerji səmərəliliyi, Bakı İES diaqnostika və alternativlərə dair məlumatlar öz əksini tapıb. Almaniyanın VPC şirkətinin ekspertləri tərəfindən təqdim edilən aralıq hesabatın xülasəsi aktiv müzakirə edilib, görüş iştirakçıları ölkədə istilik təchizatı sisteminin səmərələliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə təkliflərin hazırlanmasına dair fikir və mülahizələrini bölüşüblər. Qeyd edək ki, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icrasına dair Tədbirlər Planı”nın bir hissəsi olaraq, ölkədə istilik təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatını etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması üzrə İşçi Qrupu yaradılıb.

YAP İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev mətbuat konfra

2019-11-14 17:10

YAP İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev mətbuat konfransı keçirib Noyabrın 14-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev mətbuat konfransı keçirib. Mətbuat konfransında İlham Mirzəliyev qış mövsümünə hazırlıq işləri ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, ölkəmizdə qazanılan nailiyyətlərin əsasını Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası təşkil edir. Onun sözlərinə görə, ölkə rəhbərliyinin vətəndaşların kommunal xidmət təhcizatının yaxşılaşdırılması, mövcud problemlərin opertaiv həlli, son nəticədə vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı tapşırıqlarının icrası istiqamətində müvafiq addımlar atılır. Bütün bunlar ölkə iqtisadiyatının və əhalinin yüksək standartlara cavab verən kommunal xidmətlərlə təhcizatı ilə bağlı bu xidmətləri göstərən müəssisələr qarşısında da məsul vəzifələr qoyur. İ.Mirzəliyev deyib ki, bu baxımdan, aktual əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkədə dayanıqlı istilik təhcizat sisteminin yaradılması, əhalinin etibarlı və keyfiyətli istiliklə təmin edilməsidir. O qeyd edib ki, ölkəmizdə istilik təhcizatı sisteminin bərpası və yaxşılaşdırılmasında dönüş nöqtəsi 2005-ci ilə ölkə Prezidenti tərəfindən indiki “Azəristiliktəhcizat” ASC-nin yaradılması oldu. Ötən illər ərzində Prezident İlham Əliyevin tapşırığı ilə ciddi işlər görülüb. İlk növbədə, təhsil və səhiyyə müəssisələrində istilik sistemlərinin bərpası ilə bağlı çoxsaylı layihələr icra edilib, yaşayış binalarında sistemlərin bərpasına başlanılıb və bu gün də bu işlər davam etməkdədir.    İ.Mirzəliyevin sözlərinə görə, təmsil etdiyi qurumun  strategiyasının 3 əsas prinsipi var. Bunlar uzun illər 1960-70-ci illərin texnologiyalarına əsaslanan həddən artıq mərkəzləşmiş sistemlərin tədricən yenidən qurularaq istilik məntəqələri olan qazanxanalara çevrilməsi, istiliklə təmin edilməyən ərazilərin müəyyənləşdirilib orada optimal istilik sistemlərinin yaradılması və mövcud köhnə tipli qazanxanaların modernləşdirilərək müasir tipli qazanxanalara çevrilməsindən ibarətdir. Bu strategiya nəticəsində 2005-2019-cu illərdə 170 istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasirləşdirilib, 57 istilik məntəqəsi müasir qazanxanaya çevrilib, 300-ə yaxın qazlaşma layihəsi icra edilib, 1900-dən artıq yaşayış binasında, 400-dən artıq təhsil və səhiyə müəssisələrində istilik sistemi bərpa edilib. Ümumilikdə, bu illər ərzində 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub. Bunun nəticəsidir ki, bu gün Bakı şəhəri və respublikanın regionlarında 600-ə yaxın qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq baxçası, 159 səhiyyə müəssisəsi və 1300-dən artıq digər sosial obyektlər “Azəristiliktəhcizat” ASC-nin xidmət sahəsinə daxil olmaqla istiliklə təmin edilir. İ.Mirzəliyev əhaliyə göstərilən xidmətə görə tariflərdə yaxın vaxtlarda heç bir artım gözlənilmir. Sonra mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb.

Hazırda mövsümə hazırlıqla bağlı tədbirlərin icrası davam etdirilməkdədir.

2019-10-18 11:13

2019-2020-ci illər istilik mövsümünə hazırlıq tədbirləri haqqında "Azəristiliktəchizat" ASC-də 2019-2020-ci illr istilik mövsümünə hazırlıqla bağlı geniş müşavirə keçirilmişdir. Müşavirədə istilik mövsümünə hazırlıq tədbirlərinin icrası ilə bağlı işlərin gedişatı müzakirə edilmiş, nəzərdə tutulmuş tədbirlərin, xüsusilə magistral və məhəllədaxili istilik xətlərində təmir işlərinin qısa müddət ərzində başa çatdırılmasının zəruriliyi müvafiq xidmət rəhbərlərinin diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, 2019-2020-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı və etibarlı istilik təchizatının təmin edilməsi məqsədi ilə tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq Bakı şəhəri və respublikanın regionlarında 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılmış, 530 odluq təmir olunmuş, 930 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunmuş, 1190 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənmiş, qazanlarda 1810 m2 izolyasiya örtüyü təmir olunmuşdur. İstilik şəbəkəlirində 22780 ədəd siyirtmə və ventil təftiş olunmuş, onlardan 12915 ədədi əsaslı və cari təmir olunmuş, 825 ədədi isə yenisi ilə əvəz olunmuşdur. 990 km istilik xətləri yuyulmuş və hidravlik təzyiqə yoxlanılmış, 44,1 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunmuş, istilik xətlərində 16375 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11020 m2 dam örtüyü təmir edilmişdir. 553 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənmiş və Na-kationit süzgəclərində 34 ton kationit materialları dəyişdirilmişdir. 1895 ədəd qoruyucu klapan və 2250 ədəd əks klapan, 515 ədəd ehtiyat su çəni təftiş və təmir olunmuş, 2970 ədəd çirktutan təmizlənmiş və 535 ədəd qaz təsərrüfatı təftiş olunaraq 150 km qaz xətti yoxlanılmışdır. İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 01 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması və mövsüm ərzində Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3850 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Hazırda mövsümə hazırlıqla bağlı tədbirlərin icrası davam etdirilməkdədir.

Sahə ustalarının nəzəri praktiki kursu üzrə növbəti təlimlər yekunlaşdırılmışdır.

2019-09-05 12:14

Kadrların bilik və bacarıqlarının artırılması və təkmilləşdirilməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC “İxtisasartırma və Kadrların Yenidən Hazırlanması Tədris Mərkəzi” MMC-də tədris proqramına uyğun olaraq  sahə ustalarının nəzəri praktiki kursu üzrə növbəti təlimlər yekunlaşdırılmışdır. Təlimlərdə Cəmiyyətin müvafiq istilik sistemləri istismar sahələrinin 30 -dək sahə ustaları iştirak etmişdir.

Texnoloji rejim parametrlərinə məsafədən nəzarət cihazlarının quraşdırılmasına başlanılmışdır.

2019-09-02 11:22

Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planına uyğun olaraq  "Azəristiliktəchizat" ASC-ə məxsus qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə məsafədən nəzarət cihazlarının quraşdırılmasına başlanılmışdır.

Türkiyənin "ağıllı sayğac" istehsalçısı "EUROMET" şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.

2019-08-29 09:22

Türkiyənin  "ağıllı sayğac" istehsalı üzrə ixtisaslaşmış  "EUROMET"  şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.

I rübün yekunlarına dair istehsal-təsərrüfat fəaliyyətinin nəticələri müzakirə olunmuşdur

2019-04-18 15:40

"Azəristiliktəchizat" ASC istilik təsərrüfatlarının 2019-cu il I rübün yekunlarına dair istehsal-təsərrüfat fəaliyyətinin nəticələri müzakirə olunmuşdur.