TENDERƏ DƏVƏT
"Azəristiliktəchizat" ASC açıq tenderə dəvət edir:
Tender 1 lot üzrə keçirilir:
Lot 1 Xüsusi texnika, maşın və mexanizmilərin icarəsinin satınalınması
Tender iştirakçıları https:/www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsi ilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı
lot 1 - 150 manat
H/h: AZ62AİİB33010019442200226122
VÖEN: 1700531291
Kapital Bankın Qaradağ filialı
Kod: 200220
VÖEN: 9900003611
M/h: AZ37NABZ01350100000000001944
SWİFT: AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsi ilə satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 sentyabr 2019-cu il, saat 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə 03 oktyabr 2019-cu il saat 16:00 tarixinə qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 04 oktyabr 2019-cu il, saat 16:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsi ilə aparılır.
TENDER KOMİSSİYASI