Kadr siyasəti
"Azəristiliktəchizat" ASC-də kadr siyasəti Cəmiyyət qarşısında qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi və məqsədlərə çatmasınının əsası olan işçi heyətinin effektiv fəaliyyətinin təşkilinə yönəldilmişdir.
Kadr siyasətinin əsas prinsipləri:
-işçi heyəti Cəmiyyətin ən qiymətli və nailiyyətlərinin əsasıdır;
-aparıcı mütəxəssis və əməkdaşların saxlanması, gənc mütəxəssislərin cəlb edilməsi və ənənələrin davam etdirilməsi.
Kadr siyasətinin prioritet istiqamətləri:
-mütəxəssis və kadrların intekektual potensialının inkişaf etdirilməsi;
-işçilərin əməyinin onların fərdi bacarığı və əməyinin nəticələrinə görə qiymətləndirilməsinin təmin edilməsi.
Biz təklif edirik:
-Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işlə təmin edilməsini;
-layiqli əmək şəraiti, əməyin nəticələri və fərdi keyfiyyətlərinə uyğun əmək haqqı sisteminin tətbiqini;
-qanunvericiliklə müəyyən edilmiş hüquq və güzəştlərin təmin edilməsini;
-peşə və karyera inkişafı üçün imkanlar.
Biz təmin edirik:
-İxtisasına və özünün potensial imkanlarından istifadə imkanlarını;
-təhlükəsiz əmək şəraitini;
-işə yeni qəbul edilən gənc mütəxəssissilərin iş şəraitinə uyğunlaşması üçün zəruri şəraitin yaradılmasını;
-işçi heyətin fasiləsiz təhsil alması imkanlarını.
Biz alqışlayırıq:
-təşəbbüskarığı;
-özünün peşəkar bilik və təcrübəsinin təkmilləşdirilməsi üçün atılan addımları;
-özünün bilik və bacarığının yeni işə qəbul edilən işçilərə öyrədilməsini.
Biz tələb edirik:
-Cəmiyyət qarşında duran vəzifələrinin icrasının əhəmiyyətinin dərk edilməsi və ümumi məqsədlərə çatmaq üçün fəal iştirakı;
-qanunvericilik və normativ aktlarla müəyyən edilmiş vəzifə borclarının layiqincə yerinə yetirilməsini;
-Öz işinin nəticələrinə görə hər bir işçinin fərdi məsuliyyətini, icra intizamını və bir komanda kimi fəaliyyəti;
-xalqını, vətənini, kollektivini sevməyi, ümumi dəyərlərə və Cəmiyyətin ənənələrinə hörmətlə yanaşmağı.