Vətəndaş qəbulunun tarixi dəyişdirilib

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyevin 25 may  2023-cü il saat 10:00-da Balakən rayonunda Balakən və Zaqatala sakinləri üçün keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişdirilib. Qəbulun yeni tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.