Əhmədli qəsəbəsinin bir hissəsinin istilik təchizatında qəza ilə bağlı müvəqqəti fasilə yaranmışdır

Hörmətli abonentlər,

Bakı şəhərinin Əhmədli qəsəbəsinin bir hissəsini istilik enerjisi ilə təchiz edən magistral istilik xəttində qəza baş vermişdir. Qəzanın operativ olaraq aradan qaldırılması üçün lazımi işçi qüvvəsi və xüsusi texnikalar səfərbər edilmiş, onun ən qısa zamanda aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülməkdədir.  "Azəristiliktəchizat" ASC olaraq müvəqqəti narahatçılığa görə abonentlərdən üzr istəyirik.