Bu dəfə Bakı şəhərinin 12 inzibati rayonundan biri olan Pirallahıda yaşayan sakinlərin evlərini isidən qazanxanalardan danışacağıq. Rayon ərazisində 9 qazanxana payız-qış mövsümü ərzində 24 saatlıq iş qrafikində fəaliyyət göstərir. Pirallahı rayonunun istiliklə təchizatında əsas yük 367, 368 və 369 nömrəli qazanxanaların üzərinə düşür. Belə ki, rayon ərazisində xidmət göstərilərin 8700-dən çox abonentin 84 faizi adıçəkilən üç qazanxanadan ötürülən istilik enerjisindən istifadə edirlər.
Qeyd olunan qazanxanalar xidmət etdikləri rayonun keyfiyyətli və dayanıqlı istilik təchizatını təmin etmək məqsədilə 2013-2014-cü illərdə yenidən qurulmuş və müasirləşdirilmişdir. Ümumilikdə, Pirallahı rayonunda “Azəristiliktəchizat” ASC 2183 mənzil, 41 yaşayış binası, 4 məktəb, 1 bağça və 30 sosial və digər təyinatlı təsərrüfat obyektlərini fasiləsiz və etibarlı istiliklə təmin edir. Bütün qazanxanalarda müasir standartlara cavab verən qazan qurğuları, nasos qrupu və digər avadanlıqlar quraşdırılmışdır ki, bunun nəticəsində insan əməyinə ehtiyac minimuma endirilmişdir. Avtomat rejimdə fəliyyət göstərən bu müasir tipli qazanxanalar qaz sərfiyyatı üzrə səmərəliliyin artırılmasına, sağlam və təhlükəsiz iş şəratinin yaradılmasına imkan yaradır.
Gücü 2 Qkal/saat olan 367 nömrəli qazanxana hazırda 3 kommersiya obyekti və 10 yaşayış binasının istilik enerjisi ilə dayanıqlı təminatını həyata keçirməkdədir. Digər iki qazanxananın gücü isə 4 Qkal/saat təşkil edir. 368 nömrəli qazanxananın balansında 13 yaşayış binası və 3 kommersiya obyekti, 369 nömrəli qazanxananın isə 12 yaşayış binası və 12 kommersiya obyekti mövcuddur.