Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı, “Code Academy” tədris müəssisəsinin baş sponsorluğu ilə “Çevik 100 İl” ideya müsabiqəsi təşkil olunub. Müsabiqədə “Azəristiliktəchizat” ASC-nin komandası müvəfəqiyyətlə iştirak edib və təkliflərini irəli sürüb.
“Heydər Əliyev İli”nə həsr olunmuş müsabiqənin əsas məqsədi dövlət xidmətlərində yeni həllərin və düşüncə tərzinin tətbiqi, ulu öndərin dövlət idarəçiliyi sahəsində gördüyü işlərin təhlili nəticəsində bu sahədə yeni ideyaların gerçəkləşdirilməsidir. Bu məqsədlə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən qurumların əməkdaşlarından ibarət 21 komanda formalaşdırılıb və onlar hər bir dövlət xidmətinin sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində yeni həllərin hazırlanması üzrə ideyalarını təqdim ediblər.