Qazanxanalarımızı yaxından tanıyaq

Bu dəfə nüfuzlu dövlət xadimi və yazıçı Yusif Vəzir Çəmənzəminlinin adını daşıyan küçədə yerləşən 122 nömrəli qazanxanadan danışacağıq.

Qeyd olunan qazanxana xidmət etdiyi ərazinin istilik təchizatının daha da keyfiyyətli və dayanıqlı həyata keçirilməsi məqsədilə 2013-cü ildə modernləşdirilərək yenidən qurulmuş və müasirləşdirilmişdir. Qazanxanada müasir avadanlıqlar quraşdırılaraq avtomatlaşma prosesi təmin edilmişdir.

Hazırda 122 nömrəli qazanxanada 2 müasir tipli qazan fasiləsiz olaraq xidmət göstərərək vətəndaşların dayanıqlı və keyfiyyətli istiliklə təminatını həyata keçirir. Qazanxanada yaradılan avtomat idarəetmə sistemi vasitəsilə qaz sərfiyyatı üzrə səmərəliliyin artırılması təmin olunmuş  və insan amilinə ehtiyac minimuma endirilmişdir.

Gücü 3 Qkal/saat olan qazanxana hazırda 1 büdcə təşkilatı, 1 bağça, 11 kommersiya obyekti və 12 yaşayış binasının dayanıqlı istilik enerjisi ilə təminatını həyata keçirməkdədir.