"Azəristiliktəchizat" ASC İT mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Vəzifənin adı:
İT üzrə aparıcı mütəxəssis
Öhdəliklər:
- Şirkətin lokal şəbəkəsinin sxeminin hazırlanmasında iştirak edir.
- Lokal şəbəkənin seqmentləşdirilməsində iştirak edir və seqmentlərin təhlükəsizliyinə nəzarət edir.
- Perimetrdə və lokal şəbəkədə yerləşən qoruyucu firewall avadanlıqlarını konfiqurasiya edir və nəzarət edir.
- Firewall avadanlıqlarında icazələrin verilməsini təmin edir.
- Firewall və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin edir və loqlama mexanizmlərini konfiqurasiya edir.
- Web proqramların təhlükəsizliyini təmin edən nəzarət sistemini qurur və işinə nəzarət edir.
- Şirkətin kritik informasiya resurslarında olan dəyişikliklərin həyata keçirilməsində kibertəhlükəsizlik nəzarət mexanizmlərini sazlayır.
- Strateji təhlil, daxili audit, risk və informasiya təhlükəsizliyi yoxlamaları nəticəsində ortaya çıxmış kibertəhlükəsizlik üzrə boşluqları aradan qaldırır.
- Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdıırlmasında, testləşdirilməsində və icrasında iştirak edir.
- Kibertəhlükəsizlik üzrə dövri status hesabatlar hazırlanmasında iştirak edir.
- Kompüterlər, periferik qurğular, İP telefonlar və digər avadanlıqların sazlanması;
- Əməliyyat sistemlərinin yazılması, ofis proqramları ilə bağlı əməkdaşlara texniki dəstəyin göstərilməsi, standart və qeyri standart proqramların yazılması və qarşıya çıxan digər problemlərin araşdırılıb həll olunması;
- Kompüter təhlükəsizliyi insidentlərinə cavab tədbirləri və informasiya təhlükəsizliyi ilə bağlı insidentlərin texniki araşdırmalarını nəzərdən keçirilməsi
- Şəbəkə performansının monitorinqi, test olunması və ortaya çıxan problemlərin həlli;
- İnfrastruktur layihələrində və təkmilləşdirmə işlərində hazırlıqların təşkili və istifadəçi testlərinin aparılması;
- Cari sistemlərin effektivliyini və keyfiyyətini analiz etmə, bu sistemlərin inkişafı və gələcək təkmilləşdirmələri üçün fəaliyyət planlarının hazırlanması və icrasına dəstək;
- Fiziki və virtual serverlərin (verilənlər bazası, e-mail, print və backup serverləri) və onların şirkətdaxili proqram təminatlarının inteqrasiyası və konfiqurasiyası;
- Şəbəkə və sistem administrasiyası, istifadəsi və xətaya dayanıqlılıq siyasətlərinin, prosedurlarının və müvafiq təlimlərinin tətbiqi və dəstəklənməsi;
- Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələləri koordinasiya edir;
- Görülmüş işlərin nəticəsi və statusu barədə məlumatların sənədləşdirilib rəhbərliyə təqdim olunması
Tələblər:
- Ali təhsil(ixtisas üzrə üstünlük verilən).
- Sahə üzrə iş stajı 3 il +.
- Şəbəkə, təhlükəsizlik avadanlıqları və əməliyyat sistemləri üzrə anlayışlar, Beynəlxalq İT standartları üzrə biliklər.
- CCSP, ISO27001:2013, COBIT 5 biliklərini tətbiq etmə qabiliyyəti.
- Windows Server üzrə biliklər və iş təcrübəsi (server setup, deployment, maintenance)
- Active Directory üzrə bilikər və iş təcrübəsi
- Fiziki serverlərlə işləmə bacarığı (quraşdırılması, nəzarətdə saxlanılması və qorunması)
- Şəbəkə konseptləri üzrə biliklər və təcrübə (firewall, routing, switching)
- G-Suite idarəetməsi üzrə təcrübə
- İşində səliqəlilik, dəqiqlik və görülən işlərin sənədləşdirilməsi
- Nəticə-yönümlülük, çeviklik, məsuliyyətlilik, operativlik, ünsiyyət qurmaq və komandada işləmək bacarığı,
- Daimi inkişaf, öyrənməyə və öyrətməyə həvəsi olan.
Namizədliyini təqdim etmək istəyənlər hr@azeristilik.gov.az elektron ünvanına müraciət edə bilərlər.