"Azəristiliktəchizat" ASC-dən daha bir yeni vakansiya elanı
Maliyyə hesabatlılığı üzrə baş mütəxəssis
Əsas vəzifələr:
- Şirkət üçün Aylıq, rüblük, illik hesabatların (“İdarəetmə Hesabatı”) və Şirkətin Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (“BMHS”) uyğun illik maliyyə hesabatlarının hazırlanmasında birbaşa iştirak;
- Maliyyə hesabatlarının hazırlanması məqsədi ilə müvafiq muhasibat qeydlərinə düzəlişlərin müəyyən edilməsi və ehtiyatların, dəyərsizləşmə hesablanması
- Ən yüksək keyfiyyət, etibarlılıq və dəqiqliyi qoruyaraq, daxili maliyyə hesabatlarının və hesabatlarının hazırlanmasını və yayılmasını idarə etmək
- Müəsissə rəhbərliyinin sorğularına əsasən məlumatların toplanması və müxtəlif məzmunlu idarə etmə hesabatlarının hazırlanması
- Müvafiq üst qrumun və dövlət orqanlarının sorğularının cavablandırılmasında iştirak
- Müəsissənin uçot, hesabatlılıq və digər prosedur qaydalarının hazırlanmasında iştirak
- Müstəqil auditor və müvafiq dövlət orqanları tərəfindən maliyyə hesabatlarının yoxlanılması zamanı koordinasiya
- Daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına uyğun olaraq hesabat prosedurlarını həyata keçirmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar (maliyyə təhlili, məlumatların toplanması və s.).
İş tələbləri:
Təhsil : Maliyyə, mühasibatlıq və s. üzrə bakalavr və ya magistr dərəcəsi;
İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 3 il
Yaş : 25 – 40
Cins : Kişi, Qadın
- MS Excel yüksək səviyyədə
- 1C ( 8.3)
- Analitik düşünmə qabiliyyəti, cavabdehlilik və məsuliyyətlilik
- Nəticəyönümlülük və punktuallıq;
- İşi planlamaq bacarığı
- Aktivlik və dəqiqlik
- İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran
- "ACCA" (f3, f7) sertifikatlarının olması üstünlükdür
Qeyd: Əmək haqqı müsahibə zamanı müəyyən olunacaq. Maliyyə hesabatlılığı üzrə baş mütəxəssis vəzifəsinə namizədliyini təqdim etmək istəyənlər info@azeristilik.gov.az elektron ünvanına müraciət edə bilərlər.