Şirkətin daxili auditoriyası üçün nəzərdə tutulan səkkiz səhifəlik jurnal 2022-ci ilin noyabr ayında oxuculara təqdim olunub. Jurnalda əməkdaşlarımızın uğurları, onlardan gözləntilərimiz, nümunəvi əməkdaşlıq modeli, habelə “Azəristiliktəchizat” ASC-nin əsas fəaliyyət xətti, icra olunan proseslərlə, həmçinin işçilərin inkişafı ilə bağlı layihələr dərc olunur. Rüblük nəşr olunacaq jurnalın əsas məqsədimiz əməkdaşlar arasında daxili kommunikasiyanı gücləndirmək, müəssisədə həyata keçirilən yeniliklər, işin müasir formada təşkili, istilik sektorunda aparılan islahatlar barədə əməkdaşları məlumatlandırmaqdır.
Jurnalı yükləmək üçün :https://drive.google.com/drive/folders/1THRsOkXYhq6laxAhxeB9Wiqxkek9Sbo3?usp=sharing