Payız-qış mövsümünə hazırlıqlarla bağlı ictimaiyyətin məlumatlandırılması davam edir

Azərbaycan Dövlət Televiziyası Xəbərlər Proqramında qışa hazırlıqla bağlı müvafiq qurumların gördüyü işlərlə bağlı geniş reportaj hazırlanıb. Ölkənin 60-a yaxın rayon və şəhərində təqribən 180 minə yaxın mənzili və çox sayda qeyri-yaşayış binalarını istiliklə təmin edən “Azəristiliktəchizat” ASC də payız-qış mövsümü ilə bağlı görülən işlərlə bağlı məlumat verib. “AZəristiliktəchizat” ASC-nin sədrinin İslahatlar üzrə müşaviri Ramil Məhərrəmov qurumun Şuşada göstərdiyi fəaliyyət barədə də danışıb.