Qazanxana və istilik məntəqəsi əməliyyatçısının işə qəbul meyarları (ELAN)
"Azəristiliktəchizat" ASC 2022-2023-cü illər istilik mövsümündə qazanxana və istilik məntəqələrində mövsümü olaraq işləmək üçün qazanxana və istilik məntəqəsi əməliyyatçılarının işə cəlbinə başlayıb. Qazanxana və istilik məntəqəsi əməliyyatçısının vəzifələri və tələb olunan bacarıqlar aşağıdakılardır:
- Qazanxana və istilik məntəqəsi avadanlıqlarının Texniki İstismar, Yanğın Təhlükəsizliyi, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Qaydalarına uyğun olaraq etibarlı, fasiləsiz və müəyyən edilmiş texniki parametrlər üzrə iş rejimində işləməsini təmin etmək;
- Qazanxana və istilik məntəqələrində avadanlıqların iş rejimində pozuntular və nasazlıqlar yarandığı halda onların aradan qaldırılması üçün təlimata uyğun olaraq tədbir görmək və eyni zamanda qazanxana rəisi, İSİS rəisi və Mərkəzi Dispetçer Xidmətinə məlumat vermək;
- Qazanxana və istilik məntəqəsi avadanlıqlarını işəsalma, dayandırma, müəyyən edilmiş təzyiq altında sınaqdan keçirmə əməliyyatlarını yerinə yetirmək;
- Nəzarət ölçü cihazlarının, avtomatik tənzimləyicilərin və siqnalizasiya sistemlərinin işinə nəzarət etmək;
- Qəza vəziyyətlərinin aradan qaldırılması üçün Təlimata uyğun olaraq zəruri tədbirləri görmək;
- Növbəni təhvil verən əməliyyatçıdan keçmiş növbədə olan bütün dəyişikliklər barədə məlumat almaq;
- Növbə ərzində qazanxananın bütün avadanlıqlarına baxış keçirmək və yaranan nasazlıqları aradan qaldırmaq və qazanxana rəisi, İSİS rəisi və Mərkəzi Dispetçer Xidmətinə məlumat vermək;
- Qazanxananın təmiz saxlanmasını və yanğına qarşı vasitələrin qaydada olmasını təmin etmək;
- Rəhbərliyin və Mərkəzi Dispetçer Xidmətinin vəzifə ilə bağlı operativ tapşırıqlarını dərhal icra etmək;
- Texniki İstismar, Yanğın Təhlükəsizliyi, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Qaydalarına əməl etmək.
Qazanxana əməliyyatçısı vəzifəsinə qəbul olmaq istəyən şəxslərdən tələblər:
- Orta və ya ali təhsil
- 18 yaşdan yuxarı olması
- Nizam-imtizam
- İstehsalat və texnologiyalardan istifadə üçün minimal biliklər
- İstehsalatda və növbəli iş rejimində, o cümlədən gecə növbəsində çalışmaq imkanının olması
- Sağlamlıq arayışı
Qazanxana və istilik məntəqələrində çalışmaq üçün müraciət edən əməliyyatçılar sərbəst işə buraxılmazdan öncə peşəkar təlimlərə cəlb olunucaq və təlim kursu üzrə bilikləri yoxlanılacaqdır. Qazanxana və əməliyyatçı vəzifəsinə qəbul təlim kursunu müvəffəqiyyətlə bitirmiş namizədlər arasından müsabiqə əsasında seçiləcəkdir.
Qeyd: Qazanxana əməliyyatçısı vəzifəsinə namizədliyini təqdim etmək istəyənlər noyabr ayının 3-dək info@azeristilik.gov.az elektron ünvanına müraciət edə bilərlər.