“Azəristiliktəchizat” ASC ilə Türkiyənin “ADL” şirkətinin mütəxəssisləri ilə görüş keçirilmişdir.

“Azəristiliktəchizat” ASC-də Türkiyənin “ADL” Mühəndislik şirkətinin mütəxəssisləri ilə istilik təchizatı sahəsində yeniliklərə dair görüş keçirilmiş, gələcək əməkdaşlıq imkanları müzakirə edilmişdir. Daha sonra “ADL” Mühəndislik şirkətinin nümayəndələri “Azəristiliktəchizat” ASC-nin qazanxanalarında olmuş, avadanlıqlarla tanış olaraq rəy və təkliflər bildirilmişdir.