Şirvan şəhərində vətəndaşların qəbulu keçiriləcək.

2022-ci ilin iyul ayının 21-də saat 11:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev tərəfindən Şirvan şəhərində Şirvan, Hacıqabul şəhərlərinin sakinləri üçün vətəndaş qəbulu keçiriləcək. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir.

Qəbul Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10, Heydər Əliyev mərkəzində ünvanında keçiriləcəkdir.

 

Məlumat və əlaqə üçün:

(+994 77) 419 00 74

(+994 77) 418 00 18

E-mail: info@azeristilik.gov.az