Gəncə şəhərində vətəndaşların qəbulu keçirilib.

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev 23 iyun 2022-ci il tarixində saat 10:00-da Gəncə şəhərində vətəndaşların qəbulunu keçirib.

Gəncə Heydər Əliyev Mərkəzində keçirilən vətəndaş qəbulunda Gəncə, Goranboy, Samux və Kəlbəcər şəhərlərinin sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, adını daşıyan Heydər Əliyev Mərkəzi ziyarət edilərək əziz xatirəsinə dərin ehtiram ifadə edilib. 

Daha sonra Mərkəzdə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunu, çoxşaxəli fəaliyyətini özündə əks etdirən fotostendləri izləyib. Mərkəzin bələdçisi Sevinc Bədəlova qonağa Ulu Öndərin Gəncə şəhərinə tarixi səfərləri və qədim Gəncə şəhərinin tarixi haqqında da ətraflı məlumat verib.

Daha sonra sakinlərin cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətləri cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.