1 saylı "ASAN KOMMUNAL"da xidmətlərimizdən yararlana bilərsiniz.

Hörmətli abonentlər!  İstilik və isti su təchizatı xidmətlərimizlə bağlı "Azəristiliktəchizat" ASC-nin rəsmi "e-mail", "facebook", "instagram", "twitter", "linkedin" platformaları və rəsmi saytımızda qeyd edilən əlaqə nömrələri vasitəsi ilə müraciətlərinizi edə bilərsiniz. O cümlədən, 1 saylı "ASAN KOMMUNAL"da yerləşən "Azəristiliktəchizat" ASC-nin pəncərəsinə yaxınlaşaraq, xidmətimizlə bağlı mülkiyyətçinin adının dəyişdirilməsi, borcun araşdırılması və borcun olmaması ilə bağlı arayışın təqdim olunması, yaşayış və qeyri-yaşayış obyektlərinə istilik təchizatı xidmətinin texniki şərtlərinin alınması ilə bağlı müraciətlər qəbul olunur. Həftənin I-V günlərində saat 09:00-dan 18:00-dək, şənbə günlərində isə 09:00-dan 17:00-dək əməkdaşlarımız "ASAN KOMMUNAL"da xidmətinizdə dayanır.